“Dünyada Pandemiyanın sürəti artır, 24 saatda 180 min yoluxma olub” –

ÜST
25 İyun 2020 - 17:34

“Pandemiyanın sürəti artır”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.

Onun sözlərinə görə, dünyada virusa yoluxmanın 100 minə çatması üçün iki ay vaxt getmişdi, ancaq son 24 saatda 180 mindən çox yoluxma olub: “Avropada vəziyyət yaxşılaşmağa doğru getsə də, qlobal olaraq yaxşı deyil. Avropada virusdan yoluxanların 21 faizi tibb işçiləri, vəfat edənlərin 95 faizi isə müxtəlif xəstəliklərdən əziyyət çəkənlər, xəstələrin 94 faizi 65 yaşdan yuxarı insanlardır.