Dünyanın ən azı səkkiz ölkəsi İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyətinin helikopter qəzasında həlak olması ilə əlaqədar matəm elan edib.
Azpost.info xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
Daha əvvəl İraq, Livan, Pakistan və Suriyada matəm elan edildiyi bildirilib. Daha sonra bu ölkələrə Hindistan, Tacikistan və Türkiyə qoşuldu.
Bu ölkələrin əksəriyyətində matəm bir gün, Suriya və Livanda üç gün, Tacikistanda iki gün davam edəcək. İranda isə 5 gün ərzində matəm mərasimləri keçiriləcək.
Azpost.info