Kosta-Rikada yerləşən “Tulemar Bungalows&Villas” mehmanxanası beynəlxalq “Səyahətçilərin seçimi – 2022” mükafatına layiq görülüb.
Mehmanxana dünyanın ən yaxşı hoteli seçilib.
“Tulemar Bungalows&Villas” Sakit okeana baxan bir təpənin yamacında, cəngəllikdə yerləşir.
O, yerləşdiyi ərazi ilə yanaşı, turistləri xidmət səviyyəsi, təmizliyi və təbii mənzərələri ilə cəlb edir.
Siyahıda ikinci yerdə Qramadoda (Braziliya) yerləşən “Colline de France” hoteli qərarlaşıb. Hotelin qonaqları müəssisənin üslubunu qeyd edərək, onu dünyanın ən romantik hotelləri siyahısında birinci yerə qoyublar. Qonaqlar işçi heyətini də yüksək qiymətləndiriblər.
Üçüncü yeri Yunanıstandakı “İkos Aria” tutub. Beşulduzlu hotel geniş qumlu çimərliyi, təmiz dənizi və gözəl mənzərələri ilə turistlərin qəlbini fəth edib.
Ən yaxşı hotellər arasına Maldiv adaları, İndoneziya, İsveçrə, Türkiyə, İspaniya və Misirdəki bir neçə hotel də düşüb.
Qeyd olunur ki, reytinq dünyanın müxtəlif ölkələrindən olan səyahətçilərin il ərzində “TripAdvisor” saytında yazdığı milyonlarla şərh və rəylər əsasında tərtib edilib. (lenta.ru)