Düşmənin ehtiyat qüvvələri məhv edilib –

RƏSMİ AÇIQLAMA
30 Sentyabr 2020 - 14:44

Qoşunlarımızın zərbələrinə məruz qalan Ermənistanın 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının Tonaşendə yerləşən 7-ci dağatıcı alayının 2-ci taboru ağır itkilərə məruz qaldığından komandanlıqdan təcili surətdə kömək istəyib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, köməyə gələn ehtiyat qüvvələr tərəfimizdən aşkar olunaraq atəş zərbəsi ilə məhv edilib.