DYP Formula 1-lə bağlı hərəkət iştirakçılarına müraciət edib

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (DYP) Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar Bakı şəhəri ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısının alınması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

BDYPİ-dən daxil olan müraciətdə deyilir:

“DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Bakı şəhərində keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar paytaxtda nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə aprelin 28-dən mayın 2-dək Bakı şəhərinə bitişik kənd və qəsəbələrdən, həmçinin respublikanın digər şəhər və rayonlarından paytaxta gələn vətəndaşlarımızdan ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələri, paytaxt sakinlərindən isə yarışın keçirildiyi müddət ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri, istismar müddəti çox olan və nasaz nəqliyyat vasitələri ilə ümumiyyətlə yola çıxmamaları xahiş olunur”.

Əvvəlki məqalə

Sabahdan yaşı 10 ildən çox olan maşınlar ölkəyə buraxılamayacaq

Sonrakı məqalə

18 məktəb direktoru, 14 bağça müdiri işdən azad edilib