DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Baş DYP İdarəsi mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

İdarə müraciətdə qeyri-sabit hava şəraitinin yollarda xoşagəlməz hadisələrə səbəb olmaması üçün Baş DYP İdarəsi bir daha hərəkət iştirakçılarına müraciət edərək onları ehtiyatlı olmağa, yolların sürüşkənliyini nəzərə alaraq sürət həddini minimuma endirməyə, ara məsafəsini normadan artıq saxlamağa, nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə çağırıb.

“Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı yüksək olduğundan təcrübəsiz sürücülərin həmin ərazilərdə avtomobil idarə etməkdən çəkinməsi, belə bölgələrdə idarə olunan avtomobillərin mövsümə uyğun şinlərlə təchiz edilməsi tövsiyə olunur.

Bununla yanaşı, Baş Dövlət Yol Polisi İdarəsi piyadalara səslənərək onlardan əlverişsiz hava şəraitinin yaratdığı çətinlikləri nəzərə alaraq, yollarda öz həyat və sağlamlıqlarına qarşı daha diqqətli olmağı, yol hərəkəti qaydalarına sözsüz əməl etməyi xahiş edir”, – deyə qeyd olunub.

Əvvəlki məqalə

Müdafiə sənayesi nazirinə müavin təyin edilib

Sonrakı məqalə

Bakıda relssiz tramvay xətləri olacaq