Ədəbiyyat tarixində ən böyük roman əsasında film çəkilir

“Uğultulu yüksəkliklər” əsəri İngiltərədə ekranlaşdırılacaq

Aktyorlar Marqo Robbi və Ceykob Elordi növbəti dəfə ekranlaşdırılacaq, tanınmış ingilis yazıçısı, ədəbiyyat tarixində daha çox iri həcmli nəsr əsəri ilə məhşurlaşan Emili Ceyn Bronteyə şöhrət qazandırmış, yazıçının müəllifi olduğu, həm də yeganə böyük əsəri olan “Uğultulu yüksəkliklər” romanının əsasında çəkiləcək ən son film adaptasiyasına rəhbərlik edəcəklər.

Azpost.info bildirir ki, xəbəri “Deadline” saytı yayıb.

Bu yeni filmə Emirald Fennell adaptasiya və rejissorluq edəcək. Nəzərdə tutulduğu kimi hazırlıqlar bitəndən sonra çəkilişlərə 2025-ci ildə, həm də Böyük Britaniyanın ərazisində başlanılması planlaşdırılır.

Yazar Brontenin ilk dəfə 1847-ci ildə nəşr olunan bu roman şedevri, yəni “Uğultulu yüksəkliklər” əsəri bir malikanə sahibinin qızı Ketrin Ernşou ilə, malikanə sahibinin tərəfindən övladlığa götürülmüş, həm də keçmişi  dilənçi olan Hitkliffinin arasında yaranmış faciəli eşq macərasından bəhs edir.

Romana onlarla film adaptasiyası var. Bu əsərin orijinal versiyasına uyğun yazılmış ssenari əsasında dəfələrlə filmlər çəkilib. “Uğultulu yüksəkliklər” ilk dəfə öz ekran debütünü 1920-ci ildə qazanıb, sonuncu film isə 2022-ci ildə ABŞ – da lentə alınıb.

Euphoria ulduzu olaraq tanınan məhşur kino aktyoru Ceykob Elordidən öncə bu əsərin qəhrəmanı Hitkliffi böyük ekranda Lorens Olivye, İan MakŞeyn, həmçinin də Ralf Fayns, Timoti Dalton və Tom Hardi kimi aktyorlar canlandırıb. Əsərdəki aşiq qadın Ketrin Ernşou obrazını isə əvvəllər tanınmış aktrisalar, Cülyetta Binoş, Merle Oberon, Şarlotta Rayli, həmçinin də uzun illər kinoda öz rollarına görə sevilən Kaya Skodelario kimi sənətçilər oynayıblar.

Oqtay Qorçu

Əvvəlki məqalə

Bu gündən Nobel mükafatçılarının adları açıqlanacaq

Sonrakı məqalə

“Bürc Xəlifə” qülləsini kölgədə qoyacaq yeni bina tikilir