Ali Məhkəmənin hakimi nazir müavin təyin olundu-FOTO

Ali Məhkəmənin hakimi Abiddin Hüseynova yüksək vəzifə verildi.

Abiddin Hüseynov Ədliyyə nazirinin müavini təyin olunub.

Bununla bağlı Məhkəmə-Hüquq Şurasının iclasında Abiddin Hüseynovun hakimlik fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edib.

Məlumatı Trend-ə Ədliyyə Nazirliyindən təsdiq ediblər.

Qeyd edək ki, 1977-ci ildə Neftçala rayonu Kürqarabucaq kəndində anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr və magstr pillələri üzrə təhsil alıb. Məhkəmə sistemində müxtəlif vəzifələrdə çalışıb. Ötən il Azərbaycan Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Əvvəlki məqalə

Mikayıl Müşfiqin olduğu iddia edilən qalıqlar üzərində analiz yekunlaşıb

Sonrakı məqalə

MEDİA və “AzerGold” tələbələr üçün müsabiqə elan edib –