Əfv sərəncamı neçə nəfərə şamil edilib?

Bu gün Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı 154 nəfərə şamil edilib.

63 nəfər azadlıqdan məhrum etmə cəzasından azad edilib, 52 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, 1 nəfər təxirə salınmış cəzadan azad edilib, 28 nəfər elektron qolbaqdan azad edilib, 3 nəfərin də elektron qolbaq cəzası yarıya salınıb.

İslah işlərinə məhkum edilmiş 2 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Cərimə cəzasına məhkum edilmiş 4 nəfər cəzadan azad olunub, 1 nəfərin isə məhkumluğu üzərindən götürülüb.

Əvvəlki məqalə

Zelenski Rusiya ilə atəşkəs razılaşmasını rədd edib

Sonrakı məqalə

Rusiya Xarkovda hipermarketə zərbə endirib –