Elçibəyin oğlu deputatlığa namizəd olacaq? –

"Bu ənənəni qoruyub saxlayacağam”
08 Yanvar 2020 - 12:40

“Düzü, Milli Məclisə keçiriləcək seçkilərdə iştirak etməyi düşünməmişəm. Kimlər iştirak edirsə, hamısına uğurlar arzulayıram”.

Bu fikirləri Modern.az-a mərhum eks prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edib-etməməsi ilə bağlı sualı cavablandırarkən deyib. Ərturqut Əliyev özünü heç vaxt parlamentdə görmədiyini də söyləyib: “Milli Məclisdə deputat kimi təmsil olunmağı nə arzulamışam, nə də düşünmüşəm. Heç vaxt deputat olmaq istəməmişəm. Güman ki, bundan sonra da bu ənənəni qoruyub saxlayacam”.

Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.