Elektrik ustası binada təmir zamanı qədim freskalar tapdı-FOTO

Romanın məşhur tarixi binası Farnezina villasında bərpa işləri zamanı İntibah dövrünə aid freskalar üzə çıxıb.

Freskaları təmir işi aparan elektrik saraydakı tağların altında aşkara çıxarıb. Hər 3 freskanın üzəri taxta ilə örtülü olduğundan çox yaxşı vəziyyətdə qalıb.

Tikintisi 1511-ci ildə başa çatmış villanı 1579-cu ildə bir kardinal alıb. 1927-ci ildə isə bina İtaliya dövlətinin mülkiyyətinə keçib. Freskaların isə 17-ci əsrə aid olduğu müəyyən edilib. Ekspertlərin qənaətinə görə, binada vaxtilə lift quraşdıranlar bu əsərləri görsələr də, məsələ unudulub.

Ziyarətçilərin yeni aşkar edilmiş əsərləri birbaşa görməsi təhlükəsizlik baxımından münasib olmadığı üçün binada videokamera quraşdırılıb. Onlar İntibah dövrünün son mərhələsinə aid əsərləri yanvarın 12-dək izləyə biləcəklər.

Əvvəlki məqalə

2300 yaşı olan “Qızıl oğlan” mumiyasının üzü bərpa olundu

Sonrakı məqalə

11 ölkə COP29 çərçivəsində şəffaflıq hesabatlarını təqdim edib