Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma
  • ÖZƏL

Elektron xəstəlik vərəqəsində səhv edildi

Orkhan Ali 12 İyun 2025 - 12:51 (Last updated: 12 İyun 2025 - 12:27)
Xəstəxana

Xəstəxana

Fatimə Quliyeva adlı vətəndaş doğuşdan sonra əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı aldığı elektron xəstəlik vərəqəsində yaranmış problemə görə narahatlığını bildirib. AzPost xəbər verir ki, vətəndaş bu məsələ ilə bağlı dəfələrlə Adilxanlı Ailə Sağlamlıq Mərkəzinə müraciət etsə də, problemin aradan qaldırılmadığını qeyd edib.

Onun sözlərinə görə, elektron vərəqə sistemə göndərildikdən sonra səhiyyə müəssisəsinin işçisi tərəfindən sistemə “rejim pozuntusu” qeydi əlavə olunub. Fatimə Quliyeva dəfələrlə tibbi müəssisəyə yaxınlaşsa da, işçi bu qeydi silə bilmədiyini və sistem üzərindən düzəliş etməyin mümkün olmadığını bildirib.

Hadisənin davamında vətəndaş çağırılaraq vərəqənin üzərinə əl yazması ilə səhv edildiyi barədə qeydlər əlavə edilib. Fatiməyə bildirilib ki, bu sənədi iş yerinə təqdim etsin və eyni zamanda müəssisə də sənədi DSMF-yə göndərsin. Lakin Dövlət Sosial Müdafiə Fondundan (DSMF) vətəndaşa bildirilib ki, vərəqə artıq elektron sistemdədir və düzəlişlər də yalnız həmin sistem üzərindən edilməlidir.

Problemin aradan qaldırılması üçün vətəndaşın neçə həftədir gözlədiyi, lakin Ailə Sağlamlıq Mərkəzinin bu məsələyə həll yolu tapa bilmədiyi qeyd olunur. Hətta sonuncu müraciətində vətəndaşla danışıq zamanı telefonun üzünə bağlandığı da bildirilir.

Fatimə Quliyeva yaranmış vəziyyətdən çıxış yolu kimi, adıçəkilən tibb müəssisəsinin əməkdaşını hara və necə şikayət edə biləcəyi ilə bağlı sual ünvanlayıb.

Qanunvericilik nə deyir?

Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında” Qanununa əsasən, vətəndaş istənilən dövlət və bələdiyyə orqanının, habelə vəzifəli şəxsin fəaliyyəti və ya hərəkətsizliyi barədə şikayət etmək hüququna malikdir. Bu halda:

  1. Əvvəlcə Səhiyyə Nazirliyinə (Səhiyyə Təşkilatlarının Məlumat Sistemi və Tibb Müəssisələrinin Nəzarət bölməsi) elektron və ya yazılı şəkildə müraciət edə bilərsiniz.

  2. Dövlət Sosial Müdafiə Fonduna rəsmi ərizə ilə müraciət edib, elektron xəstəlik vərəqəsindəki düzəliş probleminin həll edilmədiyini və tibb müəssisəsinin əməkdaşının məsuliyyətsizliyini bildirə bilərsiniz.

  3. Əgər müəssisənin əməkdaşı vətəndaşla etik davranış qaydalarını pozubsa və vətəndaşın hüquqlarını məhdudlaşdırıbsa, Səhiyyə Nazirliyinin Etik Komissiyasına və ya İcbari Tibbi Sığorta Agentliyinə də şikayət göndərmək mümkündür.

Həmçinin, yaranmış vəziyyət nəticəsində vətəndaşın əmək hüquqları pozulubsa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də müraciət hüququ var.

Nəzərinizə çatdıraq ki, qanunvericiliyə əsasən, elektron xəstəlik vərəqəsində hər hansı düzəliş yalnız vərəqəni tərtib edən tibb müəssisəsinin məsul işçisi tərəfindən sistem üzərindən aparılmalıdır. Əl yazması ilə edilən dəyişiklik hüquqi qüvvəyə malik deyil və DSMF tərəfindən qəbul edilmir.

AzPost.az

Post navigation

Previous: Karaca mağazasında kampaniya qalmaqalı
Next: Sabah hava necə olacaq?

Oxşar xəbərlər

AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17
qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.