Əli İnsanov İlham Əliyevi dəstəklədi –HƏP namizəd irəli sürmədi /QƏRAR

Əli İnsanov
Əli İnsanov

Əli İnsanovun sədri olduğu Haqq Ədalət Partiyası fevralın 7-də keçiriləcək Prezident seçkilərində İlham Əliyevin namizədliyini  dəstəkləyib.

Azpost.info bildirir ki, bu barədə HƏP mətbuat xidmətinin açıqlamasında bildirilir.

HƏP İdarə Heyətinin keçirilən iclasında  bununla bağlı yekdilliklə qərar və bəyanat qəbul edilib.

Partiyanın sədri Əli insanov çıxış edərək deyib ki, 2022-ci il noyabrın 3-4-də HƏP İdarə Heyətinin geniş iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətini dəstəkləmək barədə qərar verilib. “Qərar və bəyanatın davamı olaraq bugünkü iclasda biz İlham Əliyev cənablarının keçiriləcək növbədənkənar Prezident seçkilərində namizədliyi barədə YAP-ın qəbul etdiyi qərarı dəstəkləməliyik”.

“Prezident İlham Əliyevin respublikamıza rəhbərlik etdiyi 20 ildə həyata keçirdiyi işlər və böyük naliyyətlər bizə tam əsas verir ki, deyilən qərarı dəstəkləyək və müvafiq qərar qəbul edək. Prezident İlham Əliyev Prezident seçilərkən xalqa verdiyi vədlərin hamısını yerinə yetirib. Bu illər ərzində ölkədə güclü iqtisadiyyat yaradılmış, güclü qalib ordu qurulmuş və ən müasir silahlarla təchiz edilmiş, dünya ölkələrinin layiqli və etibarlı tərəfdaş kimi qəbul etdiyi lider ölkə formalaşmış, Prezident İlham Əliyevin özü isə dünyanın ən nüfuzlu siyasi liderlərinin sırasında layiqli yer tutmuşdur”-deyə Ə.İnsanov vurğulayıb.
Onun sözlərinə görə, 2024-cü il fevralın 7-də keçirilən Prezident seçkiləri Azərbaycan tarixinə Zəfər seçkiləri kimi həkk olunacaq.
İclasda Haqq Ədalət Partiyası adından 2024-cü il fevralın 7-də keçiriləcək Prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi barədə yekdilliklə qərar və bəyanat qəbul edilib.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.