Əli İnsanovun sədri olduğu Haqq Ədalət Partiyası fevralın 7-də keçiriləcək Prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyib.
Azpost.info bildirir ki, bu barədə HƏP mətbuat xidmətinin açıqlamasında bildirilir.
HƏP İdarə Heyətinin keçirilən iclasında bununla bağlı yekdilliklə qərar və bəyanat qəbul edilib.
Partiyanın sədri Əli insanov çıxış edərək deyib ki, 2022-ci il noyabrın 3-4-də HƏP İdarə Heyətinin geniş iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətini dəstəkləmək barədə qərar verilib. “Qərar və bəyanatın davamı olaraq bugünkü iclasda biz İlham Əliyev cənablarının keçiriləcək növbədənkənar Prezident seçkilərində namizədliyi barədə YAP-ın qəbul etdiyi qərarı dəstəkləməliyik”.