Əlilliyi olan uşaqların övladlığa götürülməsi üçün aylıq sosial ödənişlər nə qədərdir?

Əlilliyi olan uşaqların övladlığa götürülməsi üçün aylıq sosial ödənişlərin miqdarı müəyyənləşib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sosial xidmət müəssisələrindən valideyn himayəsindən məhrum olmuş, həmçinin əlilliyi müəyyənləşdirilmiş uşağın övladlığa götürülməsinə görə aylıq sosial ödəniş 600 manat olmaqla, onu övladlığa götürən şəxsə bu ödənişlə yanaşı, uşağa əlilliyinə və ona qulluğa görə təyin edilmiş bütün aylıq ödənişlər də verilir.

Beləliklə:

 orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş uşağı övladlığa götürən şəxsə, ümumilikdə, aylıq 1170 manat, o cümlədən:

600 manat (övladlığagötürmə müavinəti)

270 manat (əlilliyə görə müavinət)

200 manat (əlilliyə görə təqaüd)

100 manat (əlilliyi olan uşağa qulluğa görə təqaüd) verilir.

∙ orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyənləşdirilmiş uşağı övladlığa götürən şəxsə, ümumilikdə, aylıq 1270 manat, o cümlədən:

600 manat (övladlığagötürmə müavinəti)

270 manat (əlilliyə görə müavinət)

300 manat (əlilliyə görə təqaüd)

100 manat (əlilliyi olan uşağa qulluğa görə təqaüd) verilir.

∙ orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş uşağı övladlığa götürən şəxsə, ümumilikdə, aylıq 920 manat, o cümlədən:

600 manat (övladlığagötürmə müavinəti)

220 manat (əlilliyə görə müavinət)

100 manat (əlilliyi olan uşağa qulluğa görə təqaüd) verilir.

∙ orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyənləşdirilmiş uşağı övladlığa götürən şəxsə, ümumilikdə, aylıq 850 manat, o cümlədən:

600 manat (övladlığagötürmə müavinəti)

150 manat (əlilliyə görə müavinət)

100 manat (əlilliyi olan uşağa qulluğa görə təqaüd) verilir.

Əvvəlki məqalə

“Alatava” serialının yayımını dayandıra bilməzdik…”

Sonrakı məqalə

“Demarkasiyası prosesi sarsılmaz hüquqi əsasa malik sənədlər əsasında aparılmalıdır”