Ötən gün koronavirusdan dünyasını dəyişmiş tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlu dəfn edilib.
“Report”un məlumatına görə, mərhum Saray qəsəbəsindəki qəbiristanlıqda torpağa tapışırlıb.
Dəfndə mərhum yaxınları, jurnalistlər və idman ictimaliyyətinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra “Yeni Klinika”ya köçürülüb.