Elnur Əşrəfoğlu dəfn olundu

Ötən gün koronavirusdan dünyasını dəyişmiş tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlu dəfn edilib.

“Report”un məlumatına görə, mərhum Saray qəsəbəsindəki qəbiristanlıqda torpağa tapışırlıb.

Dəfndə mərhum yaxınları, jurnalistlər və idman ictimaliyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra “Yeni Klinika”ya köçürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Hakim məhkəmə zalında həbs edilib

Sonrakı məqalə

Azərbaycanda COVID-19-dan vəfat edən jurnalistlərin sayı açıqlanıb