Əmək pensiyasının bir növdən başqa növə keçirilməsi hansı halda mümkün olacaq?

Əmək pensiyasının avtomatlaşdırılmış qaydada bir növdən başqa növə keçirilməsi üzrə qaydalar müəyyənləşir.

Bununla bağlı məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin mayın 22-də keçirilən iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklərlə bağlı birinci oxunuşda təqdim olunan qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinin 34.1-1-ci maddəsinə əsasən, əmək pensiyasının avtomatlaşdırılmış qaydada bir növdən başqa növə keçirilməsi əmək pensiyaçısının daha yüksək məbləğdə hesablanmış digər növ əmək pensiyasına hüququ yarandıqda həyata keçirilir.

Qanun layihəsi qəbul olunduğu təqdirdə 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.