Əminə Ərdoğan Prezidentin köməkçisi ilə görüşüb

Türkiyənin birinci xanımı Əminə Ərdoğan İstanbulda Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovla görüşüb.

Bu barədə Əminə Ərdoğan “X” platformasında bildirib.

Anar Ələkbərov Əminə Ərdoğanı Heydər Əliyev Fondunun gördüyü işlər və COP29-a hazırlıq işləri barədə məlumatlandırıb.

Bu kontekstdə əməkdaşlıq məsələləri müzakirə olunub.

“Bütün dünya liderlərini iqlim mövzusunda bir araya gətirən bu əhəmiyyətli Zirvəyə Azərbaycanın ev sahibliyi etməsindən duyduğumuz sevinci bir daha vurğuladım.

Türkiyə olaraq qardaş ölkəmiz Azərbaycanın daima yanındayıq”, – Türkiyənin birinci xanımı paylaşımında qeyd edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.