Emmanuel Makron Azərbaycan Prezidentinə zəng edib

09 Oktyabr 2020 - 16:24

Oktyabrın 9-da Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Prezidentin Mətbuat Xidmətinin yaydığı məlumata görə, dövlət başçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış vəziyyəti müzakirə ediblər.