Ən çox satılan Çin avtomobili hansıdır? –Bir ilə 102 milyard dollar qazanıblar

“Tesla”-nın “Y” modeli 2023-cü ildə dünya rekorduna imza atıb.
Azpost.info bildirir ki, ötən il bu modeldən dünyada 1.223 mln ədəd satılıb (illik satış artımı 64%). Bu həcmin 456 mini Tesla-nın Çindəki zavodunda istehsal edilib.
İkinci yerdə Toyota RAV4 qərarlaşıb – 1,075 mln ədəd (5% azalma).
Qlobal avtomobil bazarlarının təhlili üzrə ixtisaslaşan “JATO Dynamics”in məlumstına görə, 2023-cü ildə Yaponiya avtobrendlərinin satış həcmi 23,59 mln ədəd təşkil edib.
İkinci yerdə Çin avtomobil istehsalçılarının satışı gəlir – 13,43 mln (artım 23%). Çin ötən ilin yekunlarına görə, ABŞ-nı geridə qoyub.
2023-cü ildə Çin xarici bazarlarda 5,26 mln ədəd avtomobil satmağa nail olub. Bununla Yaponiyanı təqribən 1 mln ədəd göstərici ilə üstələyərək dünya liderliyinə yüksəlib. Çin ötən il avtomobil ixracından 102 mlrd dollar vəsait əldə edib.
2023-cü ilin nəticələrinə görə, xarici bazarlarda ən çox satılan Çin avtomodeli BYD Qin olub: 473 min ədəd (ixraca gedən dünya avtomobilləri içərisində 12-ci yerdə qərarlaşıb).
Dünyada ABŞ avtomobillərinin satış həcmi isə ötən il 11,93 mln ədəd olub (artım 9%).
Əvvəlki məqalə

Bu günə olan valyuta məzənnələri

Sonrakı məqalə

Arnold Şvartseneqqerin baş rolu oynadığı məşhur film yenidən çəkilir