“Enerji təhlükəsizliyi bu gün hər zamankından daha önəmlidir”- Azərbaycan Prezidenti

Enerji təhlükəsizliyi məsələləri bu gün hər zamankından daha önəmlidir.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Avropa Komissiyasının Prezidenti Ursula von der Lyayenlə mətbuata birgə açıqlamasında deyib.

“Biz artıq bu əməkdaşlığın müsbət faydalarını görürük. Enerji təhlükəsizliyi məsələləri bu gün hər zamankından daha önəmlidir. Aİ və Azərbaycan arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırıla bilən və çox etibarlı əməkdaşlıq təbii ki, böyük bir aktivdir. Bu il biz Aİ və Azərbaycan arasında neft və qaz, alternativ enerji, su enerjisi səmərəliliyi və digər məsələlər də daxil olmaqla, bir çox sahələri əhatə edən enerji dialoquna başladıq”, – dövlət başçısı vurğulayıb.

Dözvlət başçısının sözlərinə görə, Azərbaycanda alternativ enerji istehsalının böyük potensialı artıq Avropa İttifaqı tərəfindən də təqdir edilir.
Əvvəlki məqalə

Azərbaycanda icbari tibbi sığorta daxilolmaları 44% artıb

Sonrakı məqalə

“Avropa İttifaqı ilə bu gün imzalanan memorandum gələcək üçün yol xəritəsidir”