Ərəb liderləri Qəzzada xəstəxanaya hücumdan sonra Baydenlə görüşü ləğv ediblər

ABŞ prezidenti Co Bayden Qəzza zolağında xəstəxanaya raket hücumundan sonra İordaniyaya əvvəlcədən planlaşdırılan səfərini etməyəcək.

“Prezident Bayden İordaniyaya səfərini və İordaniya kralı II Abdullah, Fələstin prezidenti Mahmud Abbas, və Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə planlaşdırılan görüşünü təxirə salacaq”, – məlumatda bildirilir.

“The Washington Post” yazır ki, ilkin razılaşmaların pozulmasına baxmayaraq, Bayden hələ də ərəb liderləri ilə danışıqlar aparmağa ümid etdiyini bildirib və yaxın günlərdə onlarla müntəzəm əlaqə saxlayacağını deyib.

Azpost.info

Əvvəlki məqalə

“İsrailin Qəzzada törətdiyi müharibə cinayətlərini sənədləşdirmək lazımdır”

Sonrakı məqalə

Ailə dəyərlərinin təbliği ilə bağlı layihə davam edir