Ərəb Əmirliklərindən ölkəmizə ət idxalı 3 dəfə artıb

Bu ilin ilk 11 ayında Azərbaycan Birləşmiş Ərəb Əmirliklərindən 2 min 910 dollar dəyərində 0,25 ton (250 kq) iribuynuzlu mal əti idxal edib.

FED.az Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, BƏƏ-dən mal əti idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 2 min 420 dollar və ya 5,9 dəfə, miqdar ifadəsilə isə 0,17 ton (170 kq), başqa sözlə 3,1 dəfə artıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində BƏƏ-dən cəmi 490 dollar dəyərində 0,08 ton mal əti gətirilmişdi.

Bu ilin ilk 11 ayının nəticələrinə görə BƏƏ-dən idxal edilən mal ətinin 1 kiloqramının orta idxal qiyməti 19 manat 79 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 10 manat 41 qəpik idi. Bu da illik müqayisədə 9 manat 38 qəpik və ya 90,1% bahalaşma deməkdir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.