Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ lideri Co Bayden arasında danışıqlar iyulun əvvəlində Vaşinqtonda keçiriləcək NATO sammiti çərçivəsində baş tuta bilər.
Azpost.info xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.
Görüş hələ may ayında keçirilməli idi, lakin qrafiklər ziddiyyətli olduğu üçün təxirə salınmışdı.
Telekanalın məlumatına görə, Türkiyə dövlət başçısı Azərbaycana səfərindən dərhal sonra ABŞ paytaxtına gedəcək.
NATO-nun tədbiri iyulun 9-11-nə planlaşdırılıb.
Azpost.info