Ərdoğan-Əsəd görüşü üçüncü ölkədə baş tutacaq- Hakan FİDAN

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya lideri Bəşər Əsəd üçüncü ölkədə danışıqlar aparacaq.

Azpost.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

“Görüş olsa, üçüncü ölkədə baş tutacaq, lakin hələlik heç bir aydınlıq gətirilməyib. Görüşün özü ən önəmli faktdır”, – Fidan bildirib.

XİN başçısı qeyd edib ki, Suriya rəsmiləri ilə görüşün yeri və tarixi ilə bağlı dialoq davam edir. Eyni zamanda, Suriya tərəfi ilkin şərt olmadan görüşməyə hazır olduğunu nümayiş etdirir.

Hakan Fidanın sözlərinə görə, Ankara Dəməşqin Suriya müxalifəti ilə dialoqa getməsini istəyir: “Suriya müxalifəti ilə barışıq Suriya hakimiyyətinin vəzifəsidir. Mən onları buna sövq edə bilərəm, amma məcbur edə bilmərəm”.

Türkiyə mediası daha əvvəl yazmışdı ki, Ərdoğanla Əsəd arasında təxminən 10 ildən sonra ilk görüş avqustda sərhəd-keçid məntəqəsində baş tuta bilər.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.