“Ərdoğan Rusiya prezidentinə xüsusi hədiyyə göndərib”- Putinin köməkçisi

Ərdoğanla Putin
Ərdoğanla Putin

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə xüsusi olaraq ad günü hədiyyəsi göndərib.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov deyib.

O, Rusiya liderinə konkret olaraq nə hədiyyə edildiyini açıqlamayıb, lakin bunun “yaxşı türk hədiyyəsi” olduğunu qeyd edib.

“Türkiyə prezidenti dünənki söhbətindən əvvəl xüsusi olaraq hədiyyə göndərib”, – deyə Uşakov bildirib.

Prezidentin köməkçisindən hədiyyənin dəyərinin dövlət qulluqçuları üçün icazə verilən üç min rubl daxilində olub-olmaması da soruşulub və o, hədiyyənin bir az baha olduğunu bildirib. O, Putinin ad günündə başqa hədiyyələr aldığını da əlavə edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.