Ərdoğan sabah Putinlə görüşəcək:Suriya və enerji məsələləri müzakirə olunacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 1-də Bişkekdə Rusiya Prezidenti Vladimir Putinlə görüşündə enerji əməkdaşlığını və Yaxın Şərqdəki vəziyyəti, o cümlədən Suriyada baş verənləri müzakirə etməyi planlaşdırır.

Bu barədə RIA Novosti Türkiyə hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, sentyabrın 1-də Bişkekdə keçiriləcək Ərdoğan-Putin görüşündə aktual regional məsələlər müzakirə oluna bilər. Tərəflərin, xüsusilə Yaxın Şərqdəki vəziyyəti və Suriyada hadisələrin inkişafını nəzərdən keçirəcəyi gözlənilir.

Bildirilib ki, danışıqların gündəliyinə ikitərəfli münasibətlər, o cümlədən enerji sahəsində əməkdaşlıq məsələləri də daxil edilə bilər.

Mənbə qeyd edib ki, prezidentlərin görüşündə ikitərəfli gündəlik və enerji əməkdaşlığı ilə bağlı məsələlərin müzakirəsi ehtimal olunur.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov daha əvvəl bildirib ki, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan sentyabrın 1-də Bişkekdə görüşəcəklər. Onların Ukrayna ətrafındakı vəziyyəti və Qara dənizdəki durumu müzakirə edəcəkləri gözlənilir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.