Ərdoğan türkiyəli astronavt Alper Gezeravcı ilə danışıb- FOTO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan türkiyəli astronavt Alper Gezeravcı ilə videobağlantı vasitəsilə danışıb.

Azpost.info xəbər verir ki, astronavt Beynəlxalq Kosmik Stansiyada (BKS) Türkiyənin pilotlu missiyasının bir hissəsidir.

Söhbət zamanı Ərdoğan qeyd edib ki, Türkiyənin pilotlu kosmik missiyası kosmosun tədqiqində yeni dövrə qapı açıb.

Türkiyə lideri Alper Gezeravcıya Beynəlxalq Kosmik Stansiyadakı tədqiqat işində uğurlar arzulayıb.

Gezeravcı da öz növbəsində Türkiyəni belə əhəmiyyətli bir missiyada təmsil etməkdən qürur duyduğunu bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.