“Erməni kilsəsinin əmlakı əlindən alına bilər”- Ovannisyan

Ermənistan hakimiyyəti erməni apostol kilsəsinin əmlakını dövlət ehtiyacları üçün əlindən ala bilər.

Azpost.info xəbər verir ki, bunu parlamentdə keçirdiyi brifinqdə Baş nazir Nikol Paşinyanın “Mülki müqavilə” fraksiyasının katibi Artur Ovannisyan deyib.

“Erməni apostol kilsəsinin xüsusi statusu var. Lakin Ermənistanda baş verən demokratik və vergi dəyişikliklərini nəzərə alsaq, ölkəmizdə dövriyyədə olan maliyyə resursları kölgədən çıxmalıdır. Bəli, kilsənin bir sıra imtiyazları var, elə ərazilər var istifadə olunmur, dövlətin müxtəlif ehtiyacları üçün istifadə oluna bilər. Kilsə dövlətlə əməkdaşlıq etməli və kölgədən çıxmalıdır”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.