Erməni silahlıları Füzuli istiqamətində səngərlər qazmağa cəhd göstərib

Sentyabrın 10-u saat 09:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Füzuli rayonu istiqamətində yerləşən mövqeləri qarşısında yeni səngərlər qazmağa cəhd göstəriblər.

Bu barədə Müdafiə Nazirliyindən xəbər verilib.
Ordumuzun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində aparılan işlər dayandırılıb.

Əvvəlki məqalə

Paşinyan Azərbaycana danışıq təklifi göndərməyib –

Sonrakı məqalə

Avropa İttifaqının Missiyası Azərbaycanla sərhəddə patrul xidmətini gücləndirib