Erməni silahlıları Xocalı istiqamətində istehkam qurmağa cəhd göstərib

Sentyabrın 3-ü saat 18:10 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Əvvəlki məqalə

Zelenski Makronla təhlükəsizlik məsələlərini müzakirə edib

Sonrakı məqalə

Kürdəmirdə 5,2 bal gücündə zəlzələ olub