“Erməni tərəfdaşlar KTMT tədbirlərində iştirakı əhəmiyyətli dərəcədə azaldıblar”- Baş katib

“Ümid edirik ki, İrəvan KTMT ilə münasibətlərinin perspektivlərinə aydınlıq gətirəcək”.

Azpost.info xəbər verir ki, bunu KTMT Baş katibi İmanqali Tasmaqambetov deyib.

“Bu, KTMT-nin bütün iştirakçıları üçün, ilk növbədə, gələcək birgə fəaliyyətin tam planlaşdırılması üçün faydalı olacaq”, – o bildirib.

Baş katib həmçinin qeyd edib ki, son bir il ərzində erməni tərəfdaşlar təşkilatın tədbirlərində iştirakını əhəmiyyətli dərəcədə azaldıblar: “Bununla belə, qarşılıqlı əlaqənin əsas mexanizmləri işləyir. Ermənistan təşkilatın tamhüquqlu üzvü olaraq qalır. Bu ölkə qarşısında bütün öhdəliklərə tam əməl olunur”.

Azpost.info

Əvvəlki məqalə

Şamil Basayevlə birgə silahlı hucumda iştirak etmiş şəxs həbs edilib

Sonrakı məqalə

“Almatı danışıqları ikitərəfli sülh prosesinin effektivliyinə dəlalət edir”