Ermənilər Azərbaycanın Müdafiə Nazirliyi adına saxta “twitter” hesabı açıb –

AÇIQLAMA
03 Avqust 2020 - 15:22

Ermənistan tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi adına saxta “twitter” hesabı açılıb.

Bu barədə  Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, Ermənistan tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi adına saxta “twitter” hesabı açılıb: “Vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin profilə istinad etməməyə və bu https://twitter.com/Mod saxta hesabın bağlanılması üçün şikayət etməyə çağırırıq. Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi “twitter” hesabı bu linkdədir: https://twitter.com/wwwmodgovaz”.