Ermənistan Azərbaycan Ordusu ilə bağlı növbəti yalan məlumat yayıb

05 Oktyabr 2021 - 22:30

Ermənistan mətbuatında Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması nəticəsində təminat maşınına zərər dəyməsi barədə yayılan məlumatlar yalandır.

Müdafiə Nazirliyindən verilən məlumata görə, bu, qarşı tərəfin heç bir real əsası olmayan növbəti uydurmasıdır.