“Ermənistan Azərbaycan torpaqlarının qanunsuz işğalına son qoymalıdır” –

Türkiyə Müdafiə Nazirliyi
24 Oktyabr 2020 - 13:11

“Sülh və sabitliyin əldə edilməsi üçün Ermənistan terrorçuları və muzdlu əsgərləri geri göndərməlidir”.

 “Anadolu” agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, Ermənistan hücumlarına və Azərbaycan torpaqlarının qanunsuz işğalına son qoymalıdır.