Ermənistan Cənubi Koreyadan tank almaq istəyir

Ermənistan Cənubi Koreya istehsalı olan və dağlıq əraziyə uyğunlaşdırılmış K2 tanklarının alınması imkanını nəzərdən keçirir.

APA xəbər verir ki, bu haqda “Army Recognition” portalı Cənubi Koreya mətbuatına istinadən xəbər verib.

Məlumata görə, Ermənistanın müdafiə naziri Suren Papikyan “Hyundai Rotem” tərəfindən hazırlanmış K2 Qara Panter əsas döyüş tanklarının alınması imkanlarını araşdırmaq üçün 2024-cü ilin sentyabrında Cənubi Koreyaya səfər edib.

Bundan başqa, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da sentyabrın 6-da Cənubi Koreyaya səfər edərək silah alışı məsələlərinə dair bir sıra görüşlər keçirib.

Əvvəlki məqalə

Yaxın həftələrdə İran və İsrail arasında gərginlik arta bilər –

Sonrakı məqalə

Kianu Rivz peşəkar yarış pilotu kimi trasa çıxıb