“Ermənistan dördüncü uşağa görə 4 min dollar ödəyir” –Deputat Zahid Oruc

Son 100 illik tarixdə ilk dəfə Azərbaycanda doğum əmsalı azalmağa meyillənib.
Azpost.info anews.az-a istinadən bildirir ki, bunu deputat Zahid Oruc Milli Məclisdə büdcə müzakirəsi zamanı bildirib.

“Gürcüstanda patriarx İlya 2 və 3-cü uşaqları özünün xaç suyuna salacağını elan edəndən sonra doğum səviyyəsi artıb.    Azərbaycanda 20 il əvvəl-2002-ci ildə ən az doğum səviyyəsi olub, cəmi 100.000 uşaq. Ermənistanda daha az, cəmi- 32.000 min, yəni 3-ün birə nisbəti olub. 1950-ci ildə fərq iki dəfə idi. Ekspertlərin fikrincə, Ermənistanda körpə bumu analıq kapitalının məbləğinin artması ilə əlaqəli olub. 3-cü uşaq üçün 2,5 min dollar, dördüncü və sonrakı uşaq üçün 4.000 min dollar ödənilir”, – deyə deputat vurğulayıb.

Deputat vurğulayıb ki, əhalinin demoqrafik dinamikasının düzgün statistik bazasının yaradılması vacibdir.

Dövlət Statistika Komitəsinin son hesabatına görə, Azərbaycanda 2022-ci il abort edilən uşaqların sayı 58 min olub.  15065 nikahdan  6920-si boşanıb və əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı azalaraq 5,6-dan 4,5-ə düşüb, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb.
Əvvəlki məqalə

Azərbaycanda 10 şirkətin sahibi olan şəxs həbs edilib

Sonrakı məqalə

İrandan Azərbaycana külli miqdarda narkotik vasitələr gətirilməsinin qarşısı alınıb