Ermənistan Laçındakı mövqeyimizi atəşə tutub, hərbçimiz yaralanıb

İyulun 11-i saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Abdullayev Hüseyn Arif oğlu yaralanıb.

“Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür”, – məlumatda qeyd edilib.

Əvvəlki məqalə

Bu gün bizim büdcəmiz 36 milyard manatdan çoxdur –

Sonrakı məqalə

“Rusiya yeni təhlükəsizlik zəmanətləri yaradacaq”