“Ermənistan mətbuatının məlumatları böhtan xarakterli növbəti yalanlardır”- Müdafiə Nazirliyi

Ermənistan mətbuatında Azərbaycan Ordusunun guya mülki əhalini və infrastrukturu hədəfə alması barədə yaydığı məlumatlar qarşı tərəfin böhtan xarakterli növbəti yalanıdır, dezinformasiyadır.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin rəsmi feysbuk səhifəsində yayılan açıqlamada bildirilib.

“Bununla Ermənistan tərəfi törətdiyi genişmiqyaslı təxribatı ört-basdır etməyə və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa çalışır”, – məlumatda qeyd edilib.

Əvvəlki məqalə

Ceyhun Bayramov Blinkenin köməkçisini Ermənistanın təxribatı barədə məlumatlandırıb

Sonrakı məqalə

“Atəşin dayandırılması ilə bağlı razılıq əldə olunub”