Ermənistan NATO-nun Vaşinqtonda keçiriləcək sammitində iştirakını təsdiqləyib

Ermənistan Vaşinqtonda keçiriləcək NATO sammitinin tərəfdaşlıq formatlı tədbirində iştirak etmək üçün dəvət alıb və iştirakını təsdiqləyib.

Bu barədə TASS-a Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

“Ermənistan NATO-nun Vaşinqtonda keçirilən sammitinin tərəfdaşlıq formatlı tədbirində iştirak etmək üçün dəvət alıb və hazırda iştirakını təsdiqləyib”, – deyə A.Badalyan bildirib.

Qeyd edək ki, NATO-nun yubiley sammiti 1949-cu ildə Şimali Atlantika müqaviləsinin imzalanmasının 75-ci ildönümü şərəfinə iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək(azərtac).

Əvvəlki məqalə

İranda səsvermə gecə yarısına qədər uzadılıb

Sonrakı məqalə

İranda prezident seçkilərində səsvermə başa çatıb