Ermənistan ordusunun hərbi hissə komandiri öldürülüb

29 Sentyabr 2020 - 12:17

“Ermənistan ordusunun daha bir zabiti məhv edilib”

Bu barədə Müdafiə Nazirliyinin mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

““Eçmiədzin rayonunda dislokasiya olunan və işğal edilmiş ərazilərimizdə gedən döyüşlərə cəlb edilmiş Ermənistan ordusunun 61-ci əlahiddə mühəndis alayının 13516 saylı hərbi hissəsinin komandiri Spartak Köçəryan bu gün məhv edilib”, – deyə V.Dərgahlı qeyd edib.