Ermənistan və ABŞ bu tarixdə birgə hərbi təlimlər keçirəcək

Ermənistan və ABŞ silahlı qüvvələri “EAGLE PARTNER 2024” adlı birgə hərbi təlimlər keçirəcək.

Azpost.info xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, manevrlər iyulun 15-dən iyulun 24-dək Ermənistan ərazisində keçiriləcək.

Təlimlərin bəyan edilmiş məqsədi beynəlxalq sülhməramlı missiyalarda iştirak edən qoşunların koordinasiya səviyyəsini yüksəltmək, Ermənistan hərbi qulluqçularının döyüş hazırlığını yüksəltmək, həmçinin komanda-nəzarət və taktiki rabitə sahəsində qabaqcıl təcrübə mübadiləsi aparmaqdır.

Birgə təlimlərə Ermənistan silahlı qüvvələrinin sülhməramlı briqadasının bölmələri, ABŞ-ın Avropa və Afrikadakı quru qoşunları, Kanzas Milli Qvardiyasının bölmələri cəlb olunacaq.

Azpost.info

Əvvəlki məqalə

Mərkəzi İncəsənət Məktəbində qanun pozuntuları aşkarlanıb

Sonrakı məqalə

“Həkim rəyindən sonra seçkidə iştirakla bağlı yekun qərarımı verəcəyəm”