“Ermənistan və Azərbaycan arasında dəmir yolu xətlərinin bərpasına davam etmək razılaşdırılıb”.
Azpost.info bildirir ki, bu barədə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli görüşlə bağlı yaydığı bəyanatda deyilir.
“Qarşılıqlılıq prinsipi əsasında sərhəd və gömrük nəzarəti üçün müvafiq tədbirlər görülməklə, dəmir yolu xətlərinin bərpasına davam etmək razılaşdırılıb. Aİ özünün İqtisadi və İnvestisiya Planına uyğun olaraq əlaqələnmə xətlərinin inkişafına dəstək verməyə hazırdır. Təklif olunan iqtisadi məsləhət platforması da bu prosesi dəstəkləyə bilər”-deyə bəyanatda bildirilir.