Ermənistan Zəngəzurda saxlanılan iki azərbaycanlı hərbi qulluqçunu azad edib –

Rusiya Müdafiə Nazirliyi məlumat yaydı
01 Fevral 2021 - 21:32

Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan iki Azərbaycan hərbi qulluqçusu bazar ertəsi azad edilib.

Azpost.info bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya sülhməramlılarının vasitçiliyi ilə 2021-ci il 31 yanvar tarixində Ermənistanın Sünik vilayətinin Tex kəndində Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan iki Azərbaycan hərbi qulluqçu azad olunub”, – RF MN-dən məlumat verilir.

Həmçinin, nazirliyin məlumatında qeyd olunur ki, yanvarın 30-da Azərbaycan tərəfinin xahişi ilə Rusiya sülhməramlılarının xüsusi təyinatlı tibbi dəstəsi Vəng kəndində xəstələnən 16 Azərbaycan hərbi qulluqçunun təxliyəsini həyata keçirib. Onlar orada Azərbaycan tibb içşilərinə təhvil veriliblər.

“Rusiya sülhməramlıları tərəfindən 27 müşahidə postunda vəziyyətin fasiləsiz monitorinqi və atəşkəs rejiminin riayət olunmasına nəzarət həyata keçirilir. Təmas xətti boyu atəşkəs rejiminə riayət edilir”, – RF MN-nin məlumatında qeyd olunur.