Ermənistanda itaətsizlik aksiyaları başlayıb

Bu gün səhər saat 10:00-dan etibarən Ermənistanda itaətsizlik aksiyaları başlayıb.

“Vətən naminə Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan xalqı respublikanın hər yerində itaətsizliyə çağırır.

O, qrup halında müxtəlif universitetlərə baş çəkəcəklərini vurğulayıb. Hazırda İrəvanda Baqrat Qalstanyanın rəhbərliyi ilə ali təhsil müəssisələrinə doğru yürüş keçirilir.

Erməni keşiş, eyni zamanda, vətəndaşları bu gün saat 18:30-da Respublika meydanında keçiriləcək mitinqə dəvət edib.

Xatırladaq ki, Tavuş yeparxiyasının arxiyepiskopu Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatının tərəfdarları Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası prosesini dayandırmaq üçün Kirantsdan İrəvana yürüş ediblər.

Mayın 9-da yürüş iştirakçıları İrəvanın Respublika meydanına çatıb və burada böyük aksiya keçirilib.

Əvvəlki məqalə

Gəncədə ticarət mərkəzində itkin düşən azyaşlı tapılıb

Sonrakı məqalə

Ən yükəsk əyarda yeni qızıl sikkəsi təqdim edilib