Ermənistandakı etiraz aksiyasında 273 nəfər saxlanılıb

İrəvanda bu gün keçirilən etiraz aksiyasında 273 nəfər saxlanılıb və polis bölmələrinə aparılıb.

Azpost.info bildirir ki, bu barədə Ermənistan DİN məlumat verib.

DİN-in məlumatında deyilir ki, saxlanılanlar polis əməkdaşının qanuni tələblərinə tabe olmadıqları üçün İnzibati Xətalar Məcəlləsinin 182-ci maddəsi ilə məsuliyyətə cəlb olunublar.

Daxili İşlər Nazirliyinin məlumatına görə, İrəvanda bağlı olan küçə və yollar yoxdur.

Xatırladaq ki, keşiş Vazgen Qalstanyanın tçağırşı ilə İrəvanın bir sıra rayonlarında itaətsizlik aksiyalarına start verilib.

Əvvəlki məqalə

“Qanunu qəbul etməklə ölkənin Avropa yolunu kəsdiniz”

Sonrakı məqalə

Dövlət büdcəsinin gəlirlərinin neçə faizi qeyri-neft sektorunun payına düşür?