“Ermənistanın KTMT-dən çıxması ilə bağlı rəsmi müraciət olunmayıb”- LAVROV

“KTMT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının Almatıda keçirilən iclasında Ermənistanın təşkilatdan çıxması proseduru müzakirə olunmayıb”.

Azpost.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Xeyr, Ermənistanın KTMT-dən çıxması proseduru müzakirə olunmayıb, çünki müvafiq müraciət daxil olmayıb”, – Lavrov bildirib.

Nazir əlavə edib ki, Ermənistanın KTMT-dən çıxmasının mümkün nəticələri barədə spekulyasiya etməyəcək. Onun sözlərinə görə, heç bir rəsmi açıqlama olmayıb və baş verməyənlərin nəticələrini müzakirə etməyin mənası yoxdur.

Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin KTMT-dən çıxdığını bildirib. Paşinyan əlavə edib ki, Ermənistanın təşkilatdan çıxma vaxtı hələ müəyyən edilməyib. Daha sonra Ermənistan Baş naziri bildirib ki, Belarus KTMT-dən çıxmaq qərarı verərsə, Ermənistan təşkilatla bağlı mövqeyini dəyişə bilər.

Azpost.info

Əvvəlki məqalə

Ermənistan səfiri İsrail XİN-ə çağırılıb

Sonrakı məqalə

İbtidai sinif müəllimlərinin 86 faizi sertifikatlaşdırmadan uğurla keçib