Erməni əsirlərinin İrəvana transferini Avropa İttifaqı həyata keçirib –Şarl Mişel açıqlama verdi

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycan tərəfinin saxlanılan erməni hərbçiləri Ermənistan tərəfə təhvil verilməsini alqışlayıb.

Şarl Mişel bu barədə “Twitter”də paylaşım edib.
“Azərbaycan Prezidenti və Ermənistan Baş naziri ilə müzakirələrin ardınca Bakının saxlanılan 10 ermənini azad etməsini səmimiyyətlə alqışlayırıq. Bu Brüsseldə müzakirə edildiyi kimi etimadı gücləndirmək üçün qarşılıqlı iradəni nümayiş etdirən mühüm humanitar jestdir”, – deyə o bildirib.
Aİ Şurasının Prezidenti qeyd edib ki, Aİ tərəfi saxlanılanların İrəvana transferin həyata keçirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir