Erməni boksçu “Qarabağ” restoranına görə idmançını GÜLLƏLƏDİ

Otel müdiri iş otağında şəriki tərərfindən güllələnib
Otel müdiri iş otağında şəriki tərərfindən güllələnib

Tatarıstanın Yar Çallı şəhərində fitnes klubunun qadın məşqçisi ayağından güllələnib.

Saxlanılan şəxs İrəvandan olan boksçu və Rusiya çempionudur.

İlkin məlumata görə, o, idman zalında məşqçi işləyən sevgilisinə problem yarandığı üçün əsəbiləşib. Məlumata əsasən, qız “Qarabağ” restoranında korporativ məclisdə rəhbərlik tərəfindən cərimələnib. İdmançını təkcə sevgilisinə münasibət yox, həm də məclisin məhz “Qarabağ” restoranında keçirilməsi olub.

Kişi fitnes mərkəzinin rəhbərliyini öldürmək üçün travmatik tapança ilə silahlanıb və maska taxaraq sevgilisinin iş yerinə gəlib. Zalın işçilərindən birini müdirlə səhv salıb və ayağından güllələyib. Bu barədə sevgilisinə heç nə deməyib.

Daha sonra fitnes mərkəzinin əməkdaşı polisə gedib və hər şeyi hüquq-mühafizə orqanlarına bildirib. İdmançı saxlanılıb, barəsində qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanıb. Onun silah icazəsinin olmadığı da məlum olub. (Lent.az)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.